Böyük Britaniyanın baş naziri “Brexit”i qeyri-bərabərliyə qarşı etiraz adlandırıb

Böyük Britaniyanın baş naziri “Brexit”i qeyri-bərabərliyə qarşı etiraz adlandırıb

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının tərkibindən çıxmağı qeyri-bərabərliyə qarşı etiraz adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” Mühafizəkar partiyasının konfransında bəyan edib.

Mey öz nitqində Britaniya xalqının maraqlarını qorumağı vəd edib.

“Mən hər zaman qürurlu tarixi ittifaqı qorumağa çalışacam və heç bir zaman millətçilərə bizi ayırmağa imkan verməyəcəm”, - BBC baş nazirin sözlərindən sitat gətirib.

Meyin fikrincə, Böyük Britaniya Avropa İttifaqının tərkibindən tamamən müstəqil dövlət olmaq üçün çıxır. Eyni zamanda birləşmiş krallıq öz beynəlxalq öhdəçiliklərindən imtina etmir.

Böyük Britaniya “Brexit” prosedurunu Lissabon müqaviləsinin 50-ci maddəsinə müvafiq olaraq, Almaniyanın federal parlamentinə 2017-ci ildə baş tutacaq növbəti seçkilərə qədər başlayacaq.

N.O.

www.oxu.az

0
4