"Qarabağ" Almaniyada oynayan həmyerlimizi transfer edib

"Qarabağ" Almaniyada oynayan həmyerlimizi transfer edib

Azərbaycan milllisinin və Almaniyanın "Ayntraxt Frankfurt" klubunun qapıçısı Emil Balayev "Qarabağ" klubuna keçib.

Bu barədə Lent.az-a Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. O bildirib ki, 22 yaşlı qapıçı ilə ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emil Balayev bir müddət əvvəl "Aytraxt- Frankurt"a transfer olmuşdu. 1 ildən artıq legioner həyatı yaşayan gənc qolkiper ümidləri tam doğrultmayıb.

0
5