Püşk atıldı: Bəxtimizə qazaxlarla özbəklər düşdü

Püşk atıldı: Bəxtimizə qazaxlarla özbəklər düşdü

Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 6-8-də keçiriləcək yarışda Azərbaycan yığmasının üzvləri də rəqiblərini tanıyıblar.

Püşk Peter Zayzenbaherin yetirmələrinə 15 iştirakçı ölkədən yalnız 3-ünün cüdoçusunu qismət edib. Əgər 11 idmançımızdan birinə Rusiyadan rəqib düşübsə, 5 həmyerlimiz özbəklə, 4 təmsilçimiz qazaxla üz-üzə gələcək. İlk mərhələdən azad olan bir cüdoçumuz isə ikinci mərhələdə məhz Qazaxıstan – Özbəkistan cütünün qalibini gözləyəcək.

60 kq

Murad Heydərli – Bauyrxan Javintayev (Qazaxıstan)

Tofiq Məmmədov - İslam Yaşyev (Rusiya)

66 kq

İlqar Müşkiyev – Abduljəlil Yusupov (Özbəkistan)

Mirelturan Seyidi – Aybek İmaşev (Qazaxıstan)

73 kq

Hidayət Heydərov – Sərvər Şomurodov (Özbəkistan)

Müşfiq Orucov – Mirzahid Fərmanov (Özbəkistan)

81 kq

Afiq Səfərli – Arman Maxambetov (Qazaxıstan)

Rüfət İsmayılov – Sunnatulla Əzimov (Özbəkistan)

90 kq

Vasif Şərbətli – Əziz Kalkamanuli (Qazaxıstan)

Ziya Namazov - Madamin Sevinçov (Özbəkistan)

100 kq

Cəlil Şükürovu – Nikita Azarov (Qazaxıstan)/Erkin Doniyorov (Özbəkistan)

Qeyd edək ki, yarışa ümumilikdə 139 idmançı (81 kişi, 58 qadın) qatılacaq.

0
8