Obama Səudiyyə Ərəbistanındadır

Obama Səudiyyə Ərəbistanındadır

O, altı ölkənin liderləri ilə görüşdə iştirak edəcək.

ABŞ prezidenti Barak Obama çərşənbə günü, Ərəb körfəzi dövlətlərinin əməkdaşlıq Şurasına daxil olan altı ölkənin lideri ilə görüşdə iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə AFR informasiya agentliyi məlumat yayıb.

Buna qədər Ər-Riyada ərəb monarxiyasının rəhbərləri gəlib. 

Amerika liderinin ərəb körfəzindəki tərəfdaşları ilə terrorizm ilə mübarizə səylərini, İran ilə münasibəti, 2015-ci ildə Kemp-Deviddəki sammitin davamı olaraq müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edəcəyi gözlənilir. 

0
15