Bakıda ətin qiyməti qalxdı?

Bakıda ətin qiyməti qalxdı?

Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır.

Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki, hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur:

“Çeşidlərin müxtəlifliyi isə alıcıların təlabatının ödənilməsinə xidmət edir. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son günlər aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişiklik qeydə alınmayıb”.

U.A.

0
7