Basketbol Federasiyasından növbəti “islahat”

Basketbol Federasiyasından növbəti “islahat”

Azərbaycan Basketbol Federasiyasının “islahatlar”ı davam edir. Apasport.az saytının məlumatına görə, klassik basketbolu “3X3”ə qurban verən qurum bu dəfə 3-cü yeri mükafatçılar siyahısından çıxarıb.

Belə ki, federasiyanın saytında oktyabrın 2-də keçirilən yarışla bağlı xəbər yer alıb. Burada turnirdə 16 komandanın mübarizə apardığı, yekunda adının ingiliscə verildiyi “Polukhinski Pereulok” (Nadir Əhmədov, Çılğın Əhmədov, Eldar Qaçayev, Tərxan Hüseynzadə) qalibi olub. Yarışın ikinci yerini isə “Phoenix” (Rəhman Teymurbəyov, Fərid Xidirov, Yevgeniy Jukov, Fariz Gənbərov) komandasının qazandığı bildirilib.

Rəhman Teymurbəyovu turnirin ən dəyərli oyunçusu seçən federasiya üçüncü yeri - bürünc medalları ixtisara salıb.

0
5