Mirşahin ANS-in açılması xəbərinə aydınlıq gətirdi

Mirşahin ANS-in açılması xəbərinə aydınlıq gətirdi

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev telekanalın internet televiziya olaraq yenidən fəaliyyətə başlayacağı xəbərlərinə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, Mirşahin Ağayev Modern.az saytına açıqlamasında yayılan informasiyaların yalan olduğunu deyib.

“ANS-in internet televiziyası kimi fəaliyyət göstərəcəyi barədə deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. ANS öz fəaliyyətini bərpa edəcək, əvvəlki formada çalışacaq. Biz bunun üçün bütün imkanlardan istifadə edirik və Prezidentimizə inanırıq”.

A.M.

0
10