Xırdalanda məsciddə namaz qılan şəxsdən 3500 manat oğurlandı

Xırdalanda məsciddə namaz qılan şəxsdən 3500 manat oğurlandı

Azərbaycanda məsciddə ibadət edən şəxsdən oğurluq edilib.

Oxu.Az xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən Cümə məscidində qeydə alınıb.

Həmin məsciddə ibadət edən Məmmədov İlham Cəmil oğlunun üzərindəki gödəkçənin cibindən 3500 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən 1955-ci il təvəllüdlü Ağdam rayon sakini Kərimov Yaşar Ərşad oğlu saxlanılıb. O, əməlini etiraf edib. Məlum olub ki, Y.Kərimov namaz qılmaq üçün məscidə gəlib. O, bu əməli borcu olduğu üçün törətdiyini deyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

E.Ə.

0
5