Qala yolu təmir olundu

Qala yolu təmir olundu

Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci hissəsi üzrə işlər yekunlaşmaq üzrədir.

Oxu.Az “Azəravtoyol” ASC-ə istinadən xəbər verir ki, I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 km-lik hissəsi 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır.

Tikinti layihəsinə uyğun olaraq, yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 sm, qırmadaşlı əsas layın qalınlığı isə 27 sm-dir.

Bundan başqa bitumlu əsas lay 15 sm, əlaqələndirici qat 8 sm, aşınma qat da 4 sm olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 sm-dir.

E.Ə.

0
4