Bakıda biznesmen qadına görə qətlə yetirildi

Bakıda biznesmen qadına görə qətlə yetirildi

Dünən axşam Bakının Xəzər rayonunda odlu silahla qətl hadisəsi törədilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a rayon Polis İdarəsindən bildiriblər.

Cinayətin qurbanı daha öncə məhkum olan 47 yaşlı Binə sakini Məcidov Zakir Məcid oğlu olub. O, öz ərzaq dükanının qarşısında başından iki güllə ilə vurulub. İlkin istintaq zamanı əməliyyatçılar şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər.

Bu qətlə yetirilənin yaxın qohumu, həmin qəsəbədə yaşayan 38 yaşlı Rauf Cəbrayılov olub.

O, Azərbaycanı tərk etməyə hazırlaşırdı, amma çatdırmadı. Dindirilmədə törətdiyi əməli etiraf edib və qohumunu qısqanclıq zəmnində, ailəsinin şərəfini qorumaq üçün öldürdüyünü bildirib. Cəbrayılovun psixi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İstintaq cinayətin törədildiyi silahı – ov tüfəngini müsadirə edib. Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır.

E.Ə.

0
5