Bakıda universitet müəllimi auditoriyada öldü

Bakıda universitet müəllimi auditoriyada öldü

Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Azərbaycan Universitetində dərs deyən riyaziyyat üzrə fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb.

Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.

Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

E.Ə.

0
6