SOCAR bu ölkədə nümayəndəliyini bağladı

SOCAR bu ölkədə nümayəndəliyini bağladı

Şirkət xərclərini azaldır.SOCAR bölmələrinin yenidən strukturlaşdırılması prosesi çərçivəsində Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb.

Oxu.Az “İnterfax- Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Gülmirzə Cavadovun KİV-lərə göndərdiyi məktubda deyilir.

“Yenidən strukturlaşdırılma prosesi ilə əlaqədar şirkətin Vyanadakı rəsmi nümayəndəliyi artıq fəaliyyət göstərmir”, - deyə məktubda bildirilir.

SOCAR xərclərin azaldılması məqsədilə 2016-cı ildə xarici ölkələrdəki nümayəndəliklərini bağlamağa başlayıb.

U.A.

0
4