Cənubi Karolinada milyondan artıq insan təxliyə edilir

Cənubi Karolinada milyondan artıq insan təxliyə edilir

Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli “Metyu” qasırğasına görə milyondan artıq insanın təxliyə edilməsinə dair əmr verib.

Oxu.Az bu barədə “France-Press”ə istinadən xəbər verir.

“Biz sabahdan başlayaraq bütün sahilyanı rayonların sakinlərini təxliyə etmək barədə qərar qəbul etmişik”, - Heyli mətbuat konfransında bəyan edib.

Bundan başqa, ştatda fövqəladə halın elan olunması bildirilir. Gözlənilir ki, qasırğa Cənubi Karolina ştatına şənbə günü çatacaq. Küləyin gücü saatda 160 kilometrə çata bilər.

Daha öncə Kuba hakimiyyəti bir qasırğaya görə 2 min xarici turistin təxliyə edilməsinə dair göstəriş verməsi barədə məlumat yaymışdı.

Məlumata görə, küləyin sürəti saatda 120 km təşkil edir, sahil zolağı boyu daşqınlar müşahidə olunur. Ölənlər və dağıntılar barədə hələlik məlumat yoxdur. Buna baxmayaraq, mülki müdafiə qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

A.M.

0
7