Azərbaycan neftinin qiyməti 51 dolları keçib

Azərbaycan neftinin qiyməti 51 dolları keçib

ABŞ-da neft ehtiyatlarının azalması “qara qızıl”ın qiymətini artırır.Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,85% bahalaşaraq 51,27 dollar təşkil edib.

Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması ilə bağlı yaydığı xəbərlər səbəb olub.

İnstitutun hesablamalarına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 7,6 milyon barel azalıb. İndi investorlar səbirsizliklə ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı rəsmi statistikasını gözləyir.

U.A.

0
7