Tramp: "Rusiya Suriyadakı sülh danışıqlarını pozd"

Tramp: "Rusiya Suriyadakı sülh danışıqlarını pozd"

"Rusiya Suriyadakı sülh danışıqlarını pozub, çünki ABŞ hakimiyyətinə hörmət etmir". APA-nın Rusiya mətbuatına məlumatına görə, bu açıqlamanı ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizona ştatının Preskott-Velli şəhərində tərəfdarları qarşısında səsləndirib.

"Ruslar bizim ölkəmizə, bizim liderlərimizə saymazyana davranır. Onlar həmişə danışıqları pozurlar. İndi onlar atəş açırlar, bombardmanlar edirlər. Buna son qoyulmalıdır, özü də tez bir zamanda", - deyə o bildirib.

Xatırladaq ki, Dövlət Departamentinin rəsmisi Elizabet Trüdo ötən gecə Rusiya ilə Suriya danışıqlarını dayandırdıqlarını açıqlayıb və buna görə Rusiyanı ittiham edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə, əksinə, danışıqların pozulmasında Vaşinqtonu günahlandırıb.

0
9