4 ölkənin xarici işlər nazirləri Bakıya gəlir

4 ölkənin xarici işlər nazirləri Bakıya gəlir

Forumda yüksək rəsmilərin toplantısı planlaşdırılır.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək. 

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Verilən məlumata əsasən, XİN rəhbərləri Azərbaycana səfərləri çərçivəsində,  Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci Qlobal Forumunda iştirak edəcəklər.

Forumda yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır. 

0
11