“Art Nouveau memarlığı: Riqa və Latviya” adlı sərginin açılışı olub – FOTO

“Art Nouveau memarlığı: Riqa və Latviya” adlı sərginin açılışı olub – FOTO

Oktyabrın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya” adlı sərginin açılışı olub. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietseni və qonaqları salamlayaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərdən söz açıb.

Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietse Azərbaycan ilə Latviya arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.

Sonra o, Latviyaya həsr olunmuş kitabları Milli Kitabxanaya hədiyyə edib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışı zamanı yeni sərgidən, xüsusilə Riqa şəhərinin gözəlliyindən, buranın heykəllər şəhəri olmasından, orada “Art Nouveau” adlı muzeyin fəaliyyət göstərməsindən danışıb.

Kərim Tahirov qonağa nəfis tərtibatla çap olunmuş “Azərbaycan xalçaları. İrəvan qrupu” , “Qarabağ xanəndələri”, “ Qobustan minilliklər boyu” və digər kitabları hədiyyə edib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

A.S.

0
13