Azərbaycan-Norveç qarşılaşmasının hakimləri açıqlanıb

Azərbaycan-Norveç qarşılaşmasının hakimləri açıqlanıb

Azərbaycan və Norveç milli komandaları arasında keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün bütün təyinatlar açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, qarşılaşma İsraildən olan hakimlər briqadasına həvalə olunub.

Oyunun baş hakim Liran Liani, yan xətt hakimləri - David Elyas Bitton və Nissan Davidi, dördüncü hakim isə Eytan Şmuelevits oalcaq.

Qeyd edək ki, matç oktyabrın 8-də Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

S.B.

0
11