“Çiçəklən, ana yurdum” adlı konsert proqramı təşkil olunacaq

“Çiçəklən, ana yurdum” adlı konsert proqramı təşkil olunacaq

Oktyabrın 8-i saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklən, ana yurdum” adlı konsert proqramı təşkil olunacaq.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Konsert çərçivəsində Azərbaycan aşıq sənətinin inkişaf tarixindən, milli musiqi sənətimizin hazırkı vəziyyətindən söz açılacaq.

Daha sonra aşıq musiqisindən ibarət konsert proqramı təqdim olunacaq.

A.S.

0
8