Türkiyədə hərbi bazaya hücum: 1 şəhid, 5 yaralı

Türkiyədə hərbi bazaya hücum: 1 şəhid, 5 yaralı PKK terrorçuları Türkiyənin Diyarbakır əyalətində hərbi bazanı raket atəşinə tutublar.      "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Diyarbakırın Lice və Bingölün Gənc rayonları arasındakı Habalı bölgəsində baş verib.      Nəticədə 1 baş leytenant şəhid olub, 5 hərbçi yaralanıb. Yaralılar Diyarbakır şəhərindəki müxtəlif xəstəxanalara çatdırılıblar.      Bölgəyə "Təcili tibbi yardım" maşınları və əlavə qüvvələr cəlb edilib. 
0
8