Rusiya Suriyaya S-300 raket sisteminin göndərilməsini təsdiqlədi

Rusiya Suriyaya S-300 raket sisteminin göndərilməsini təsdiqlədi

Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov çərşənbə axşamı, oktyabrın 4-də, Suriyaya S-300 raket sisteminin göndərilməsi xəbərini təsdiqləyib.

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Rusiyanın Suriya Ərəb Respublikasına S-300 zenit raket sistemi göndərməsi barədə məlumatlar doğrudur”, - o deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bu xəbərlərin Qərbdə birmənalı qarşılanmamasını anlamır.

S.B.

0
8