Rusiya Təhlükəsizlik Şurasının oktyabr ayı üçün iş planını təqdim edib

Rusiya Təhlükəsizlik Şurasının oktyabr ayı üçün iş planını təqdim edib

BMT-nin Təhlükəsizlik Şurasının sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin TŞ-nin oktyabr ayında iş planını təqdim edib.

Oxu.Az xəbər verir ki, oktyabrda ümumilikdə 20 iclas planlaşdırılıb.

Vitali Çurkin bildirib ki, bu gün onun heyəti BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə nəzərdən keçirmək üçün terrorizm və ekstremizmin təxribatını qadağan edən qətnamənin yeni layihəsini təqdim edib.

Səfir oktyabrın 5-də Şura üzvləri BMT-nin Baş katibinin namizədliyi üzrə ilkin səsvermənin növbəti mərhələsinə - daimi və daimi olmayan üzvlər üçün müxtəlif rəngli bülletenlərlə səsverməyə keçəcəklər.

Vitali Çurkovun sözlərinə görə, oktyabrda regional təşkilatlarla əməkdaşlığa həsr edilmiş iclaslar baş tutacaq. Ənənəvi olaraq Şuranın gündəmində Yaxın Şərq tematikası: Fələstin-İsrail nizamlanması üzrə debatlar, Livanda və Yəməndəki vəziyyət üzrə 1559 saylı qətnamənin yerinə yetirilməsinə dair hesabatların müzakirəsi planlaşdırılıb.

N.O.

www.oxu.az

0
9