Tehran Moskvanı Qarabağdakı müharibə alovunu birgə söndürməyə çağırdı

Tehran Moskvanı Qarabağdakı müharibə alovunu birgə söndürməyə çağırdı

“Regionda gərginlik və müharibələr kifayət qədərdir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas problemlərindən biridir və İran İslam Respublikasının diqqətini cəlb edir.

Oxu.Az Vestnikavkaz-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Moskvada İran parlamentinin spikeri Əli Laricani bildirib.

“Bu regionda kifayət qədər gərginlik və müharibələr var, buna görə də biz, yeni müharibənin başlanmamasına çalışmalıyıq”.

Laricani bildirib ki, Moskvaya səfəri çərçivəsində Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla Qarabağ nizamlanması üzrə danışıqlar aparıb.

“Mən onunla bu mövzuda ətraflı danışdım”, - deyə, İranın qanunverici orqanının rəhbəri bildirib.

“Rusiyalı həmkarlarımızla belə bir rəyi bölüşürük ki, biz, müharibə alovunun regionu əhatə etməsinə yol verməməliyik. Buna görə də, hər iki ölkə, İran və Rusiya Azərbaycan və Ermənistanı bu problemi siyasi yolla həll etməyə inandırmaq üçün səy göstərməli, bütün imkanlarından istifadə etməlidirlər”, - deyə Laricani bəyan edib.

0
19