Sabiq "Real"lı Zidanı tənqid etdi

Sabiq "Real"lı Zidanı tənqid etdi

“Zidan Beylin potensialından tam istifadə edə bilmir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorxe Valdano deyib.

Madrid “Real”ının sabiq çalışdırıcısı ispan mətbuatına açıqlama verib. Valdano “qalaktikos”un baş məşqçisi Zinəddin Zidanı tənqid edərək, onun uelsli futbolçu Qaret Beyldən düzgün istifadə etmədiyini bildirib: “Beyl komandaya daha çox xeyir verə bilər. Lakin komanda yoldaşları onu lazımi ötürmə ilə təmin etmirlər. Zidan isə bunun qarşısını almır”.

Qeyd edək ki, Zidanın başçılıq etdiyi “Real” son oyunlarda qələbəyə həsrət qalıb.

0
7