FİFA-nın prezidenti: “Dünya Kuboku bir şənlikdir”

FİFA-nın prezidenti: “Dünya Kuboku bir şənlikdir”

Bir müddət əvvəl Dünya Kubokunu 48 komanda ilə təşkil etmək istədiyini açıqlayan FİFA prezidenti Gianni İnfantino artıq hazırlıqlara başlayıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, turnirə gedəcək olan komandalardan 16-nın qruplarda oynayacağı artıq dəqiqdir. Digər 32-si isə təkmatçlıq seçmə sistemi əsasında mübarizəyə qoşulacaq. Burdan seçilən 16 komanda digər 16-sı ilə birləşərək ümumilikdə 32 komanda təşkil edəcək.

 Dünya Kubokunu şənlik, parti olaraq qələmə verən G.İnfantino bildirib ki, yəni şənliyə 48 komanda gedəcək, Dünya Kubokuna isə hər zamanki kimi 32 komanda qatılacaq.

 İnfantino deyib ki, yanvar ayında oyunla bağlı keçiriləcək iclasda yekun qərar veriləcək və format dəyişikliyi ilə bağlı bütün işlər 2017-ci il ərzində bitməlidir.

48 komandalıq Dünya Kuboku 2022-ci ildə Qətərdə keçiriləcək turnirdən sonra baş tutacaq.

İnfantino deyib ki,  FİFA-nın  məqsədi Dünya Kubokunu genişləndirməkdir: “ Bu ictimai və mədəni bir təşkilatdır”.

0
7