Toyuna hazırlaşan gənc qəza törətdi, ölən var

Toyuna hazırlaşan gənc qəza törətdi, ölən var

Zaqatalada maşın 53 yaşlı qadını vuraraq öldürüb.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 21 yaşlı Pənah Rövşən oğlu Hüseynov idarə etdiyi “Opel Vectra” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət zolağı ilə gedən Zaqatala sakini Gülmayə Məhəmməd qızı Həzrəyevanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Gülmayə Həzrəyeva Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən 21 yaşlı Pənah Hüseynovun iki gün sonra toyu olmalı idi.

S.B.

0
6