Səfir: Hazırki vəziyyətdə “status-kvo” qəbuledilməzdir

Səfir: Hazırki vəziyyətdə “status-kvo” qəbuledilməzdir

Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin yayda Azərbaycana səfər etdiyini xatırladan diplomat ölkəsinin Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.

“Anlayırıq ki, hazırki vəziyyətdə “status-kvo” qəbuledilməzdir. Biz tərəflərlə daim təmasdayıq və onları məqsədyönlü danışıqlara cəlb etməyə çalışırıq ki, münaqişənin bir daha alovlanmaması üçün tədbirlər görülsün və o, öz həllini tapsın”, - deyə o qeyd edib.

S.B.

0
11