500-dən çox şirkət rəhbəri ölkədən çıxa bilməyəcək

500-dən çox şirkət rəhbəri ölkədən çıxa bilməyəcək

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.


Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, 4 oktyabr tarixinə vergi borcu olduğuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.


Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

U.A.

0
35