Vergilər Nazirliyi kollegiyasının tərkibində dəyişiklik edildi

Vergilər Nazirliyi kollegiyasının tərkibində dəyişiklik edildi

Prezident “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişikliklər edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edib:

1. “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri “Vergi risklərinin təhlili və nəzarəti” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi” abzası ləğv edilsin.

3. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi” abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi və operativ nəzarət idarəsinin rəisi”.

0
7