Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin – SİYAHISI

Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin – SİYAHISI

Azərbaycan Prezidenti İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, fərman Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən imzalanıb.

Fərmana əsasən, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilib.

Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə təsdiq edilən kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı:

1. Azərbaycan Respublikasının vergilər naziri

2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri

10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

N.O.

0
6