Hacıbaba Bağırovun anım günüdür – FOTO

Hacıbaba Bağırovun anım günüdür – FOTO

4 oktyabr tarixi Hacıbaba Bağırovun anım günüdür.

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi unudulmaz gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı böyük sənətkarın məzarını ziyarət edib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Anım mərasimində Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək H.Bağırovun yaradıcılığından söz açıb.

Sonra Dövlət Musiqili Teatrının Ədəbi hissə müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, respublikanın Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov çıxış ediblər.

Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından tədbirdə iştirak edən Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə təşəkkürünü bildirib.

A.S.

0
18