Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə təqdim ediləcək

Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə təqdim ediləcək

Fizika üzrə Nobel mükafatını amerikalı alimlər Devid Touels, Dunkan Holdeyna və Maykl Kosterlitsə təqdim ediləcək.

Oxu.Az mükafatın “Twitter” akkauntuna istinadən xəbər verir ki, materiyanın təkamülün topoloji fazasının və materiyanın topoloji fazasının ixtirası üçün təltif ediləcəklər.

Təntənəli mərasim Stokholm filarmoniyasında baş tutacaq.

Alfred Nobelin təsviri olan medalı alimlərə İsveç kralı XVI Karl təqdim edəcək. Mükafatın pul hissəsi bu il səkkiz milyon krondan (931 min dollar) ibarətdir.

N.O.

0
11