Bir neçə məmur işdən çıxarıldı

Bir neçə məmur işdən çıxarıldı

Birlik Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub.

Oxu.Az APA-ya istinadən xəbər  verir ki, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb.

BTRİB-dən məsələ ilə şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

0
20