Azərbaycandan olan şəxs Rusiyada mer seçildi

Azərbaycandan olan şəxs Rusiyada mer seçildi

Əslən Azərbaycandan olan Aleksey Koşayev Rusiyanın Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərinin meri seçilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Aleksey Koşayevin namizədliyi səs çoxluğu ilə “Vahid Rusiya” partiyasının yerli şöbəsinin konfransında təsdiqlənib.

Namizədlik Şəhər Dumasında RFKP, RLDP və “Ədalətli Rusiya” fraksiyasının nümayəndələri tərəfindən də dəstəklənib.

Gizli səsvermə nəticəsində Dimitrivqrad parlamentinin 30 deputatı Koşayevə səs verib. Bu iclasda andiçmə mərasimi və o, vəzifəsinin başına keçib. Bununla yanaşı Koşayeva şəhərin rəmzi təqdim edilib.

Aleksey Mixayloviç Koşayev 1975-ci ildə Gəncədə anadan olub.

A.M.

www.oxu.az

0
20