Latviya - Azərbaycan Qarışıq Komissiyasının Protokolu imzalandı – FOTO

Latviya - Azərbaycan Qarışıq Komissiyasının Protokolu imzalandı – FOTO

Hər iki tərəf üçün maraq kəsb edən məsələlər müzakirə edilib.

Bu gün Latviyanın Riqa şəhərində Azərbaycan və Latviya nəqliyyat nazirliklərinin nümayəndələri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Oxu.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şafa Mehmanqızı bildirib.

İclasda ölkələrimiz arasında  həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, mövcud problemlər və inkişaf perspektivləri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən keçən tranzit yüklərin həcminin artırılması, 2016 -2017-ci illər üçün “İcazə”lərin kontingentinin müəyyən edilməsi və hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər müzakirə edilib. 

İclasda müvafiq razılaşmalar əsasında Protokol imzalanıb. 

0
26