Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

2016-cı ilin I yarısında Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Azərbaycan liderdir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlarda deyilir.

Hesabat dövründə Azərbaycan Gürcüstana 283 milyon dollar yatırıb ki, bu da ümumi ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 34%-nə bərabərdir.

Azərbaycanın ardınca Böyük Britaniya və Türkiyə qərarlaşıb ki, bu ölkələrin Gürcüstan iqtisadiyyatına yatırımlarının həcmi müvafiq olaraq 180 və 85 milyon dollardır.

Qeyd edək ki, yanvar-iyun ayları ərzində Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 834 milyon dollardır.

U.A.

0
4