FİFA-nın rəhbəri Dünya Çempionatını 48 yığmaya qədər genişləndirməyi təklif edib

FİFA-nın rəhbəri Dünya Çempionatını 48 yığmaya qədər genişləndirməyi təklif edib

Dünya Çempionatında (DÇ) iştirak edən komandaların sayını 48-ə qədər artırmaq lazımdır.

Oxu.Az “R-Sport”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino Kolumbiyada Boqota Universitetində çıxış edərkən deyib.

“İdeya 16 komandanın qrup mərhələsində iştirak etməyə birbaşa hüquq qazanmalarında gedir. Daha 32 yığma ilkin mərhələdə ev sahibliyi edən ölkədə qalan 16 yer üçün mübarizə aparacaqlar”, - İnfantino bildirib.

Bununla yanaşı, FİFA-nın rəhbəri bildirib ki, biz DÇ-da 32 komanda ilə keçirməyə davam edəcəyik, amma 48 yığma turnirə gələcək.

Onun sözlərinə görə, bu məsələ üzrə qərar 2017-ci ildə qəbul ediləcək.

N.O.
www.oxu.az

0
8