Dollar dəyişmək üçün ən sərfəli banklar

Dollar dəyişmək üçün ən sərfəli banklar

Oktyabrın 4-də Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Bank BTB”dir.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,6060 manata alır.

Dolların qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank”dır. Bu bankda alış qiyməti 1,5494 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB” və “Günaybank”dadır. Bu banklar dolları 1,6200 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1,6784 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avronun qiymətləri

Avronu ən baha “Bank BTB” alır - 1,7930 manat. Avronun ən ucuz götürüldüyü bank isə “Yapı Kredi Bank ”dır - 1,7300 manat. Avronu ən ucuz “Dəmirbank” satır - 1,8150 manat. Avronun ən baha satış qiyməti 1,8800 manat təşkil edir. “Azərpoçt” avronu bu məzənnə ilə satır.

U.A.

0
8