Ronaldo karyerasını bitirəcəyi vaxtı açıqladı

Ronaldo karyerasını bitirəcəyi vaxtı açıqladı

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo karyerasını bitirəcəyi tarixi açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı forvard hələ uzun müddət futbol oynamaq arzusundadı.

CR7 Lissabondakı otelinin açılışı zamanı çıxış edərək, artıq gələcəyi ilə bağlı planlar qurmağa başladığını söyləyib. 31 yaşlı futbolçu 41 yaşına qədər yaşıl meydanlarda qalacağını vurğulayıb: “Həyat yalnız futboldan ibarət deyil. Açığı, futbol mənim üçün böyük sevgidi. Amma gələcəyi də düşünməliyəm. Karyeramı bitirmək üçün çox zamanım qalmayıb. Təxminən daha 10 il futbol oynamağı düşünürəm”.

Qeyd edək ki, karyerası ərzində “Sportinq” və “Mançester Yunayted”in formasını geyinmiş Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın uğurları üçün çalışır.

0
6