Azərbaycan rusiyalılar üçün Misir və Türkiyəni əvəz edəcək

Azərbaycan rusiyalılar üçün Misir və Türkiyəni əvəz edəcək

“Bizim şirkətlər Rusiyanın müxtəlif şirkətləri ilə görüşür”.

Azərbaycan rusiyalı səyahətçilər üşün Misir və Türkiyə kurortlarını əvəz etməyə hazırdır. 

Oxu.Az “EurAsia Daily”yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri Ayxan Allazlı bildirib. 

“Azərbaycan artıq rusiyalılar üçün cəlbedici turistik obyekt kimi populyarlaşması istiqamətində addımlar atır. Bizim şirkətlər Azərbaycanın fəal şəkildə reklam edildiyi müxtəlif Rusiya şirkətləri ilə görüşür”, - Allazlı dəqiqləşdirib. 

Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycan turizm şirkətləri tərəfindən gələcəkdə başqa ölkələrdən səyahətçi axınını artırmaq imkanı verən biləcək, yaxşı start nöqtəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, Allazlı qeyd edib ki, Türkiyə Rusiyadan olan müstəqil turistlər arasında öz populyarlığını qoruyub. Ekspertin sözlərinə görə, bu yerli otel sahiblərinin rusiyalılara təklif etdikləri böyük endirimlər və xüsusi təkliflərlə əlaqədardır. 

0
16