Beynəlxalq Sığorta Şirkəti bazarı tərk edir

Beynəlxalq Sığorta Şirkəti bazarı tərk edir

Oktyabrın 12-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.

A.M.

0
8