Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka olan borcunu qaytarır

Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka olan borcunu qaytarır

“Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan götürdüyü kreditin birinci tranşını artıq qaytarmaq üzrədir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu tranş üzrə ayrılan 22 milyon manatın qaytarılması prosesi fevral ayında tamamlanacaq.

“Bu kredit 5% dərəcəsi ilə götürülmüşdü. Hər ay 4 milyon manata yaxın kredit qaytarmışıq. İkinci tranş 100 milyon manat idi, 4 il müddətinə 7% dərəcəsi ilə ayrılmışdı”, - deyə A.Cavadov qeyd edib.

U.A.

0
6