Qazaxıstan və Rusiya arasında 4 milyard dollarlıq müştərək layihələr

Qazaxıstan və Rusiya arasında 4 milyard dollarlıq müştərək layihələr

Qazaxıstan və Rusiya 2016-2017-ci il üçün müştərək ticarəti genişləndirməyə istiqamətlənmiş tədbirlərin siyahısını hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi məlumat yayıb.

“Birgə fəaliyyət çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində 4 milyard dollardan çox məbləği olan 27 layihənin realizəsi planlaşdırılır”, - məlumatda deyilir.

Astanada çərşənbə günü Qazaxıstanın Milli iqtisadiyyat naziri Kuandlk Biçimbayevin Rusiya İqtisadi inkişaf naziri Aleksey Ulukayevin görüşü baş tutub.

Bazar ertəsi axşam Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfəri başlayıb.

N.O.

www.oxu.az

0
7