Fond əmanətləri qaytarmaq üçün 460 milyon manat borc alacaq

Fond əmanətləri qaytarmaq üçün 460 milyon manat borc alacaq

“Borc on il müddətinə qaytarılacaq” .““Bank Standard” QSC-də sığorta hadisəsi baş verib”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün həm də Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” QSC-nin ləğvedicisi təyin olunub:

“Bununla da biz həm sığorta ödənişləri ilə məşğul olacağıq, həm də bankın ləğvedicisi kimi fəaliyyət göstərəcəyik. Dövlət çalışdı ki, sağlamlaşdırma tədbirləri ilə bankı sistemə qaytarsın, lakin bu, mümkün olmadı. Bankı müflis etməklə, daha az itkiyə məruz qalınmasına qərar verildi”.

A.Cavadov əlavə edib ki, Fondun Mərkəzi Bankdan borc olaraq alacağı 460 milyon manat kredit 10 illik müddətə 0,15% borclanma dərəcəsi ilə verilib.

U.A.

0
13