“Bank Standard”da əlli mindən çox əmanətçinin bir manatdan çox pulu var

“Bank Standard”da əlli mindən çox əmanətçinin bir manatdan çox pulu var

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 603 milyon manatdır.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Bunun 568 milyon manatını qorunan əmanətlər, o cümlədən 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bunlardan 50 mininin əmanəti 1 manatdan çoxdur.

U.A.

0
5