Bağlanan 11 banka krediti olanlaraXƏBƏRDARLIQ

Bağlanan 11 banka krediti olanlaraXƏBƏRDARLIQ

Əmanətlərin Sığortalanması Fondunun ləğv olunmuş 11 bank qarşısında öhdəliyi olan şəxslərə müraciət edib.

"APA-Economics" xəbər verir ki, fondun icraçı direktoru Azad Cavadov kredit götürən şəxsləri öz öhdəliyini yerinə yetirməyi çağırıb: "Mən burdan səslənərək bildirmək istəyirəm ki, hər kəs götürdüyü krediti qaytarmalıdır. İnsanlar düşünür ki, əgər bank bağlandısa, deməli krediti qaytarmamaq olar. Bu, elə deyil. Əksinə, siz krediti qaytarmalısınız. Krediti ödəməlisiniz ki, qorunmayan əmanətçilərin əmanətlərini ödənilsin".

A. Cavadov əmanətlərini hələ də götürməyən əmanətçilərə də müraciət edib: "Əmanəti olan şəxslər əmanətlərini gəlib götürmür, bu da bizim işimizi ləngidir".

0
8