Elmar Məmmədyarov Belçikaya səfər edəcək

Elmar Məmmədyarov Belçikaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, konfrans əsnasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.

N.O.

0
5