Rusiyada 3 azərbaycanlı qardaşa hökm oxundu:16 il

Rusiyada 3 azərbaycanlı qardaşa hökm oxundu:16 il

Rusiyanın Penza şəhər məhkəməsi azərbaycanlı qardaşlar barədə hökm çıxarıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bir neçə ildir ki, Penzada məskunlaşmış Xəlilov qardaşları reketlikdə ittiham olunublar.

İstintaq materiallarından ayıdın olub ki, qardaşlar elə öz həmyerlilərini, şəhər bazarlarında xırda ticarətlə məşğul olan azərbaycanlıları incidirmişlər.

Məhkəmə qardaşların günahını sübuta yetirilib. Onlardan birinə 6, digər ikisinə isə ayrı-ayrılıqda 5 il həbs cəzası verib.

0
7