Dövriyyədə olan manat azalır – STATİSTİKA

Dövriyyədə olan manat azalır – STATİSTİKA

Azərbaycanda pul bazasının (manat kütləsi - red.) həcmi 2016-cı il oktyabrın 1-nə 6 milyard 81 milyon manat təşkil edib. Bu, avqustun yekunları ilə müqayisədə 601,9 milyon manat və yaxud 8,12% azdır.

Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Son bir ildə pul bazasının həcmi 240,1 milyon manat və yaxud 3,4%, ilin əvvəlinə nisbətən isə 91,5 milyon manat və yaxud 1,32% azalıb.

U.A.

0
6