Bağlanan üç bankın qorunmayan əmanətçilərinə də kompensasiya ödəniləcək

Bağlanan üç bankın qorunmayan əmanətçilərinə də kompensasiya ödəniləcək

Sığorta hadisəsi baş vermiş 9 bankdan 3 bank üzrə “Parabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Dekabank” ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib və bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.

Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 sentyabr 2016-cı il tarixinə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 675 min 532 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 705 min 56 manat, “Dekabank” ASC-nin əmanətçilərinə 2 milyon 772 min 350 manat kompensasiya ödənilib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37 milyon 152 min 938 manat kompensasiya ödənilib.

U.A.

0
8